Bank Of Baku

Viktoriya Nuland: “ İranla “altılıq” ölkələri arasında dünən keçirilən görüşdə heç bir irəliləyiş əldə edilməyib”

Viktoriya Nuland: “ İranla “altılıq” ölkələri arasında dünən keçirilən görüşdə heç bir irəliləyiş əldə edilməyib”
# 06 aprel 2013 12:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “Almatıda İranla “altılıq” ölkələri arasında  aprelin 5-də keçirilən müzakirələr önəmli olsa da, dünən heç bir irəliləyiş əldə edilməyib”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına  görə, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib. O bildirib ki, dünənki görüşdə irəliləyiş əldə edilməsi ilə bağlı heç bir məlumat almayıb, həmçinin İranla ABŞ nümayəndə heyətləri arasında ikili görüşlərin keçirilməsi də planlaşdırılmayıb.

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr Almatı şəhərində  dünən başlayıb. Bu gün isə görüşün üçüncü mərhələsinə start verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR