Bakı. Könül Cəfərli - APA. «ABŞ-ın birtərəfli sanksiyalarına baxmayaraq, Rusiya İranla ticarət əlaqələrini davam etdirəcək». APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiya Sənaye və Beynəlxalq Ticarət Palatasının rəhbəri Vladimir Padalko bildirib.
Onun sözlərinə görə, İran-Rusiya Ticarət Şurası ABŞ-ın birtərəfli sanksiyalarının Rusiyanın özəl sektorunun İranla ticarət əlaqələrini zədələməsinə imkan verməyəcək.