Bank Of Baku

Yaponiyada sunami təhlükəsi ləğv olunub

Yaponiyada sunami təhlükəsi ləğv olunub
# 17 fevral 2015 04:20 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İvate prefekturasında 10-20 santimetr hündürlüyündə yaranan dalğalar heç bir ziyan vurmayıb.

 

Ötən gecə baş vermiş 6,9 bal gücündə zəlzələnin episentri İvate prefekturasında, ocağı isə dənizin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ Honsü adasının bütün prefekturalarında və Hokkaydo adasında hiss olunub.  Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

 

Bununla belə, Yaponiya Milli Meteorologiya İdarəsi ölkənin şimal-şərqində yerli vaxtla saat 09:50 və 10:57-də 4,8 – 4,6 bal gücündə daha iki yeraltı təkanın qeydə alınmasını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR