Bakı. Məlahət Nəcəfova-APA. Yaponiyanın yeni baş naziri Şindzo Abe “Fukusima” Atom Elektrik Stansiyasına baş çəkib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, AES-ə baxış keçirən baş nazir bildirib ki, stansiyanın sökülməsi ilə bağlı işlər AES-in genişmiqyaslı bərpası ilə əlaqədardır. Onun sözlərinə görə, hazırda “Fukusima”nın sökülməsi işində minə yaxın adam çalışır.
Qeyd edək ki, güclü zəlzələ və sunami nəticəsində “Fukusima-1” atom elektrik stansiyasında qəza baş verib. Qəzadan sonra Yaponiya hökuməti 2041-ci ilə kimi AES-dən istifadənin mərhələli şəkildə dayandırılacağını bildirib. Yaponiyanın yeni hökuməti Nazirlər Kabinetinin planlarına yenidən baxılacağını bəyan edib.