Bank Of Baku

Yava dənizində qəzaya uğramış təyyarənin quyruq hissəsi tapılıb

Yava dənizində qəzaya uğramış təyyarənin quyruq hissəsi tapılıb
# 07 yanvar 2015 07:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” İndoneziya milli axtarış-xilasetmə agentliyinin rəhbərinə istinadən məlumat yayıb. Agentliyin rəhbəri Bambanq Soelistyo bildirib ki, xilasedicilərin əlində təyyarənin quyruq hissəsinin dənizin dibində olmasını təsdiqləyən vizual sübutlar var. O deyib ki, hazırda dalğıclar həmin yerə enməyə hazırlaşır.

 

B. Soelistyo tapılan cəsədlərin sayının 40-a çatdığını da söyləyib.

 

Xatırladaq ki, Sinqapura uçan “Airbus A320” sərnişin təyyarəsi ötən il dekabrın 28-də İndoneziya sahilləri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 162 nəfər olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR