Bank Of Baku

Yəhya Rəhim Səfəvi: “Hansısa daxili iğtişaşın qarşısını qabaqcadan almaq üçün tədbir görülməlidir”

Yəhya Rəhim Səfəvi: “Hansısa daxili iğtişaşın qarşısını qabaqcadan almaq üçün tədbir görülməlidir”
# 15 aprel 2013 07:27 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rəhim Səfəvi İslam inqilabına zidd hərəkət edən və “yollarını azmış” cərəyanlara xəbərdarlıq edib.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, iranlı general aprelin 14-də Tehranın Tibb Elmləri Universitetində keçirilən mərasimdə çıxışı zamanı bildirib ki, həmin qruplar prezident seçkiləri dönəmində və ondan sonra paytaxtda və digər şəhərlərdə təxribat və iğtişaşa əl atsalar, İran xalqı onlara layiqli və qətiyyətli cavab verəcək.

 

İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı deyib ki, ölkənin bütün aidiyyəti orqanları və müvafiq təşkilatlar bu məsələdə çox diqqətli olmalıdırlar: “Onlar hər hansı bir daxili iğtişaşın qarşısını qabaqcadan almaq üçün tədbir görməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR