Bank Of Baku

Yəməndə beşgünlük atəşkəs rejimi qüvvəyə minib

Yəməndə beşgünlük atəşkəs rejimi qüvvəyə minib
# 13 may 2015 03:46 (UTC +04:00)

APA-nın “TASS”a istnadən verdiyi xəbərə görə, atəşkəs rejimi beynəlxalq təşkilatlar tərəfindən dinc əhali üçün humanitar yardımın çatdırılmasına şəraitin yaradılması, əhalinin münaqişə zonasından çıxarılması və yaralıların təxliyə edilməsi məqsədi ilə əldə olunub.  

 

Atəşkəsin təmin olunması məqsədi ilə BMT-nin Yəmən üzrə xüsusi elçisi İsmayıl əş Şeyx ötən gün Sanaya gəlib. Onun sözlərinə görə, əsas məsələlər  atəşkəsə daimi statusunun  verilməsi və genişmiqyaslı daxili dialoqa başlanmasıdır.   

 

Qeyd edək ki, ərəb koalisiyası atəşkəs tətbiq edilməzdən bir neçə saat əvvəl paytaxt Sanaya  güclü hava zərbələri endirib. Hücum nəticəsində azı 70 nəfər ölüb, 100-dən çox dinc sakin yaralanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR