Bank Of Baku

Yəməndə döyüşlərdə azı 75 nəfər ölüb

Yəməndə döyüşlərdə azı 75 nəfər ölüb
# 20 dekabr 2015 02:29 (UTC +04:00)

Bakı-APA. Yəməndə elan olunmuş rəsmi atəşkəs zamanı baş vermiş döyüşlərdə azı 75 nəfər ölüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, qızğın döyüşlər əsasən Səudiyyə Ərəbistanı ilə həmsərhəd Həccə əyalətində baş verib. “Döyüşlərdə azı 75 nəfər – 40-dan çox üsyançı husilər və hökumət qüvvələrinin  35 hərbçisi ölüb”, deyə məlumatda bildirilir.      

 

Üsyançıları dəstəkləyən ordu qüvvələrinin bir qisminin nümayəndələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın 7 günlük atəşkəs rejimini azı 300 dəfə pozduğunu bildiriblər.

 

Xatırladaq ki, 7 günlük atəşkəs rejimi BMT tərəfindən dekabrın 15-də elan edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR