Bank Of Baku

Yəməndə hökumət tərəfdarları ilə husilər arasında toqquşmalar baş verib, 17 nəfər ölüb, 112 nəfər yaralanıb

Yəməndə hökumət tərəfdarları ilə husilər arasında toqquşmalar baş verib, 17 nəfər ölüb, 112 nəfər yaralanıb
# 07 yanvar 2016 02:54 (UTC +04:00)

Bakı-APA. Yəmənin Taiz şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) arasında növbəti qanlı toqquşmalar baş verib.

 

APA-nın “Anadolu” agentliyinə  istinadən verdiyi məlumata görə, son iki gündə toqquşmalarda 17 nəfər ölüb, 112 -dən çox insan yaralanıb.

 

Toqquşmalar zamanı hökumət tərəfdarları tərəfindən 5 nəfərin öldüyü, 55 nəfərin yaralandığı bildirilir. Husilər arasında 12 nəfər ölüb, 24 nəfər yaralanıb.  

 

Tibbi mənbələrdən alınan məlumatlara əsasən, qarşıdurma nəticəsində ikisi uşaq olmaqla 4 mülki vətəndaş ölüb, 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR