Bank Of Baku

Yəməndə qaçaqmalçılar çoxsayda yeniyetməni suda batırıb

Yəməndə qaçaqmalçılar çoxsayda  yeniyetməni suda batırıb
# 09 avqust 2017 21:29 (UTC +04:00)

Yəmən sahillərində qayıqda miqrantları daşıyan qaçaqmalçılar Efiopiya və Somalidən olan 120 yeniyetməni suya atıb.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi Beynəlxalq Miqrasiya Təşkilatına istinadən məlumat verib.

 

Məlumata əsasən, qaçaqmalçılar sahil mühafizəsi gəmilərinə bənzəyən gəmiləri gördükdən sonra yeniyetmələri qayıqdan tullayıblar.

 

Axtarış-xilasetmə əməliyyatı nəticəsində 29 yeniyetmə miqrantın meyiti aşkarlanıb, 22-si itkin düşüb. Ölən miqrantların orta yaşının 16 olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR