Bank Of Baku

Yəməndə törədilən terror aktı jurnalistin ölümünə səbəb olub

Yəməndə törədilən terror aktı jurnalistin ölümünə səbəb olub
# 05 yanvar 2015 08:14 (UTC +04:00)

Bakı - APA. Yəmənin cənub-qərbindəki Damar şəhərində keçirilən şiələrin toplantısı zamanı partlayış törədilib.

 

APA-nın “CTV News”a istinadən xəbərinə görə, partlayış nəticəsində biri jurnalist olmaqla 6 nəfər ölüb, 31 nəfər yaralanıb.

 

Həlak olan jurnalist Xalid Vəşli şiələrə məxsus telekanalda çalışıb. Partlayışa görə məsuliyyəti “əl-Qaidə” üzərinə götürüb.

 

Qeyd edək ki, Şeyx Hüsi təliminin tərəfdarı olan şiələrin Yəmənin əhəmiyyətli hissəsini ələ keçirməsi onları həm yerli bədəvilərlə, həm də “əl-Qaidə” ilə bağlı radikal sünnilərlə düşmən edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR