Bank Of Baku

Yəmənin BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasına müraciət edib

Yəmənin BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasına  müraciət edib
# 06 may 2015 23:28 (UTC +04:00)

Bakı-APA. Yəmənin BMT-dəki daimi nümayəndəsi Xalid Məhəmməd əl-Yəməni ölkəyə quru qoşunlarının yeridilməsi üçün Təhlükəsizlik Şurasına  müraciət edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, BMT TŞ-a ünvanlandığı məktubda əl-Yəməni qoşunlarin, ilk növbədə, Ədən və Taiz şəhərlərində mövcudluğunu vacib sayib.

 

əl-Yəməni həmçinin beynəlxalq insan haqları təşkilatlarından ölkədə dinc sakinlərin hüquqlarının vəhşicəsinə pozulmasına diqqət yetirməyə çağırıb.

 

Məlum olduğu kimi, mayın 6-da siə üsyançıları (husiləri) dəstəkləyən Yəmən ordusu Ədən şəhərinin Ət-Təvahi inzibati ərazisini tam nəzarət altına alıb.

 

Qeyd edək ki, martın 26-dan Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirir. Aprelin 21-də Ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR