Bank Of Baku

Yeni Zelandiyada sərnişinlər qəzaya uğrayan təyyarədən paraşütlə tullanaraq xilas olublar

Yeni Zelandiyada sərnişinlər qəzaya uğrayan təyyarədən paraşütlə tullanaraq xilas olublar
# 07 yanvar 2015 07:22 (UTC +04:00)

Bakı - APA. Yeni Zelandiyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, xoşbəxtlikdən sərnişinlər və ekipaj üzvləri xilas ola biliblər.

 

Hadisə Şimal adasında yerləşən Taupo gölü rayonunda baş verib. “Skydive Taupo” aviaşirkətinə məxsus təyyarədə 6 sərnişin, 6 ekipaj üzvü və komandir olub. Təyyarə yüksəkliyi itirməyə başladıqda, bütün sərnişinlər paraşütlərlə təmin olunub. Onlar ekipaj üzvləri ilə tandem şəklində təyyarədən tullanıblar. Sonuncu cütlük təyyarə gölə düşməzdən bir neçə saniyə əvvəl hava gəmisini tərk edib.

 

Sərnişinlər və ekipaj üzvləri tibbi müayinədən keçiriliblər. Onların ciddi zədə almadığı aşkarlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR