Bank Of Baku

Zərif: "ABŞ nüvə razılaşmasının şərtlərinə riayət etməlidir"

Zərif: "ABŞ nüvə razılaşmasının şərtlərinə riayət etməlidir"
# 20 aprel 2017 16:50 (UTC +04:00)

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ı Tehranın ünvanına ittihamlar səsləndirmək əvəzinə, nüvə razılaşmasının şərtlərinə riayət etməyə çağırıb.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə,  C. Zərif bunu “Tvitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

C. Zərif bildirib ki, ABŞ-ın ittihamları əsassızdır, Vaşinqton İranın nüvə razılaşmasına riayət etməsi faktını etiraf etməlidir.

 

Qeyd edək ki, C. Zərif bununla ABŞ dövlət katibi Reks Tillersonun ittihamlarına reaksiya verib. R. Tillerson İranla nüvə razılaşmasının uğursuzluğa düçar olduğunu bildirib, Tehranı terrorizmi maliyyələşdirməkdə günahlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR