Bank Of Baku

Yaponiya sahillərində güclü zəlzələ olub

Yaponiya sahillərində güclü zəlzələ olub
# 09 noyabr 2025 06:52 (UTC +04:00)

Yaponiya sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 51 min nəfərin yaşadığı Miyako şəhərindən 127 kilometr şərqdə yerləşib, ocağın dərinliyi isə 19 kilometr olub.

Hazırda xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR