“Düşmənə əks-hücum üçün imkanları, kosmosda və kiberməkanda qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün razılıq əldə olundu”.
APA xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada Vaşinqtonda ABŞ və Yaponiyanın müdafiə və diplomatik departamentlərinin rəhbərləri arasında “2+2” formatında danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Bildirilib ki, hər iki ölkənin hakimiyyət orqanları qarşıda duran vəzifələri bölüşdürəcək.
Onun sözlərinə görə, ABŞ-la elmi-texnologiyanın inkişafı üzrə əməkdaşlıq davam etdiriləcək.
Mətbuat konfransında Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bildirib ki, hərbi obyektlərin birgə istifadəsi genişləndiriləcək.
“Bir sıra ərazilərdə, o cümlədən Nansey adalarında birgə təlimlərin intensivliyini artırmaq qərarına gəldik”, - deyə nazir bildirib. Həmçinin Tayvan boğazında sülh və sabitliyin əhəmiyyəti bir daha təsdiqləndi”,- deyə nazir qeyd edib.
Yaponiya və ABŞ müdafiə sahəsində əməkdaşlığı artırır
12 yanvar 2023 04:00 (UTC +04:00)
Asiya
İsrail Nazirlər Kabineti “Əl-Cəzirə” telekanalının bağlanması təklifini yekdilliklə təsdiqləyib
15:03
5 may 2024
İranda sel nəticəsində 23 əyalətin 5 mindən çox sakini zərər çəkib
14:12
5 may 2024
İsrail və HAMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb
13:55
5 may 2024
İraq Kürdüstan regionunun Prezidenti Neçirvan Bərzani bu gün İrana səfər edəcək
11:33
5 may 2024