Bank Of Baku

Yaponiyada 5,9 bal gücündə zəlzələ olub, AES-də nasazlıq baş verib - YENİLƏNİB

Yaponiyada 5,9 bal gücündə zəlzələ olub, AES-də nasazlıq baş verib - YENİLƏNİB
# 03 iyun 2024 09:30 (UTC +04:00)

Yaponiyanın İşikava prefekturasında ardıcıl baş verən 5,9 və 4,8 bal gücündə iki yeraltı təkan zamanı ilkin məlumata görə, 5 binaya ciddi ziyan dəyib.

APA-nın “Kyodo News” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bu barədə prefektura rəhbərliyi məlumat yayıb.

Bildirilib ki, ada ərazisindəki atom elektrik stansiyalarından birində müvəqqəti nasazlıq baş versə də, qısa müddətdə aradan qaldırılıb.

Prefekturanın yüksək dağlıq ərazilərindəki bəzi evlərdə xırda çatlar əmələ gəlib. Hazırda tikinti briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlərə cəlb olunub.

***

06:56

Yaponiyanın İsikava departamentində 5,9 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ölkənin meteorologiya xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Noqo adasında yerləşib.

Hadisə ilə bağlı dağıntı qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR