Bank Of Baku

Yaponiyada polis əməkdaşını bıçaqlayaraq silahını aparıblar

Yaponiyada polis əməkdaşını bıçaqlayaraq silahını aparıblar
# 16 iyun 2019 06:24 (UTC +04:00)

Yaponiyada naməlum şəxs bıçaqla polis əməkdaşına ağır xəsarət yetirərək, onun içərisi patronla dolu tabel silahını əlindən alıb.

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, insident Honsü adasının cənub-qərbində, Osaka prefekturasının Suyta şəhərində baş verib.

26 yaşlı polis əməkdaşı sinəsindən bıçaqlanmış halda yerli vaxtla 05:40-da xidməti postunun yaxınlığında aşkarlanıb. O, bir neçə dərin bıçaq xəsarətləri alıb, vəziyyəti hazırda ağırdır. Hadisəni törədən cinayətkar isə qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR