Bank Of Baku

Yəmən husiləri Tel-Əvivə hipersəs ballistik raketi ilə zərbə endirdiklərini açıqlayıb

Yəmən husiləri Tel-Əvivə hipersəs ballistik raketi ilə zərbə endirdiklərini açıqlayıb
# 13 sentyabr 2025 10:21 (UTC +04:00)

Yəməndəki “Ənsar Allah” hərəkatı Tel-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raketi ilə zərbə endirdiyini açıqlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu üsyançıların silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə bəyan edib.

Onun sözlərinə görə, “Fələstin-2” adlı ayrılan döyüş başlıqlı raket “Yafo” rayonundakı bir neçə hədəfi vurub. “Al Masirah” telekanalında yayımlanan açıqlamada əməliyyatın uğurla başa çatdığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR