Paşha Bank
Bank Of Baku

Yəməndə Ədən hava limanı raket atəşinə tutulub

Yəməndə Ədən hava limanı raket atəşinə tutulub
# 17 oktyabr 2026 08:08 (UTC +04:00)

Yəmənin cənubundakı Ədən Beynəlxalq Hava Limanının ərazisinə iki raket düşüb.

APA xəbər verir ki, yerli təhlükəsizlik qurumları hücuma görə husiləri ittiham edib. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yanbu şəhərinə doğru atılmış ballistik raketi ələ keçirərək məhv etdiyini açıqlayıb.

Bundan əlavə, Qırmızı dəniz üzərində iki qanadlı raketin, ölkənin cənubunda və ər-Riyad bölgəsində isə üç dronun vurulduğu bildirilib.

Qeyd edək ki, Yanbu Səudiyyə Ərəbistanının əsas neft ixrac mərkəzlərindən biridir. Regionda gərginliyin artması fonunda “Brent” markalı neftin qiyməti cümə günü qısa müddətə bir barel üçün 110 dollara çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR