Yeni Zelandiya sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Tauranqa şəhərindən 281 kilometr şimal-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.