İsrailin Yerusəlim şəhərində polisə bıçaqla hücum edilib, ölən və yaralanan var.
APA xəbər verir ki, bu barədə ABŞ-nin “Barron's News” nəşri yazıb.
Qeyd olunub ki, naməlum şəxs yanacaqdoldurma məntəqəsində polisə bıçaqla hücum edib və onu yaralayıb. Polisin üzərindəki silahı götürüb ətrafa atəş açmağa başlayıb.
Hadisəni törədən şəxs ərazidə olan digər polis əməkdaşları tərəfindən zərərsizləşdirib.
Hazırda hadisə barədə araşdırma aparılır.