Bank Of Baku

Yonhap: Cənubi Koreya Şimali Koreyanın raket təliminin uğuru ilə bağlı iddialarını mübaliğə adlandırır

Yonhap: Cənubi Koreya Şimali Koreyanın raket təliminin uğuru ilə bağlı iddialarını mübaliğə adlandırır
# 03 sentyabr 2023 10:15 (UTC +04:00)

KXDR-in taktiki nüvə zərbəsini imitasiya edən uzaqmənzilli strateji qanadlı raketlərin buraxılışlarının uğuru ilə bağlı bəyanatları mübaliğədir.

APA xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Təhlillərə görə, Şimalın bu səhər verdiyi bəyanat mübaliğədir. Bütün buraxılışlar uğurlu alınmayıb", - mənbə bildirib.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, yerli vaxtla sentyabrın 2-də səhər saatlarında “nüvə başlıqlarını imitasiya edən döyüş başlıqlarına malik” iki uzaqmənzilli strateji qanadlı raket buraxılıb. Yonhap qeyd edir ki, uçuşda olan yalnız bir raketin fotoşəkilləri yayılıb.

Agentliyin məlumatına görə, təlim zamanı müvafiq bölmə tapşırığın öhdəsindən uğurla gəlib: raketlər 8 formalı trayektoriya üzrə təxminən 1500 km uçub və adadan 150 m hündürlükdə partladılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR