Paşha Bank
Bank Of Baku

Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq

Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
# 08 oktyabr 2026 22:15 (UTC +04:00)

Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə müzakirə olunacaq.

Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir bildirib ki, TDT-nin 13-cü Zirvə görüşünün nəqliyyat məsələləri üzrə gündəliyi hazırlanır.

“Türk dövlətləri bir araya gəldikdə nəqliyyat infrastrukturu məsələlərinin gündəmdə olmaması mümkün deyil. Bu baxımdan, Orta Dəhlizdən İnkişaf Yoluna qədər bütün məsələlər müzakirə olunacaq. Zəngəzur dəhlizinin açılması üçün Türkiyə üzərinə düşən işləri həyata keçirir, Azərbaycanda da işlər davam edir. Zəngəzur dəhlizinin tamamlanması ilə bütün çatışmazlıqlar aradan qaldırılacaq”, - Uraloğlu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR