Şirvan sakini artıq dozada narkotik qəbulundan ölüb

Şirvan sakini artıq dozada narkotik qəbulundan ölüb
# 19 mart 2013 07:36 (UTC +04:00)

Şirvan. Əlibәy Zeynallı-APA. Şirvan şəhər sakini narkotik vasitənin artıq dozada qəbulundan ölüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Şəhərin M.Əsədov küçəsi-93 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Bağırov Rabil Əmir oğlu martın 18-də Şirvan şəhəri F.Eynullayev küçəsi-15, mənzil-20 ünvanında, saat 21.30 radələrində müəmmalı şəraitdə ölüb.

Məlumata görə, Rabil Bağırov gecə saatlarında dostları ilə bir yerdə olarkən artıq dozada narkotik qəbul edib və buna görə dünyasını dəyişib. Hazırda Rabil Bağırovun meyiti Şirvan Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzində müayinə olunur. Ölümün dəqiq səbəbi meyiti müayinədən sonra aydınlaşacaq.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR