“Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisin qanunvericilik işləri planına daxili edilib

“Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisin qanunvericilik işləri planına daxili edilib
# 04 fevral 2013 14:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Uzun illərdir Azərbaycanda müzakirəyə çıxarılması problem olan “Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisin sessiyasının qanunvericilik işləri planına daxil edilib. Layihə elm və təhsil komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya parlamentin Elm və təhsil komitəsindən məlumat verilib.

Qanun layihəsinin plenar iclasa tövsiyə olunması və qəbulu da gözlənilir. Layihə ilə bağlı bütün mübahisəli məsələlər artıq həll olunub və layihə barədə bütün aidiyyəti qurumlardan müsbət rəylər alınıb. Milli Məclisin 2013-cü il yaz sessiyasında müzakirəyə çıxarılacağı nəzərdə tutulan “Ali təhsil haqqında”, “Orta təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Orta ixtisas peşə təhsili haqqında” qanun layihələri ilə işlər planına salınmayıb və sessiyanın gündəliyindən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR