Azərbaycanda daşınmaz əmlakın özgəninkiləşdirilməsinə görə dövlət rüsumu artırılır

Azərbaycanda daşınmaz əmlakın özgəninkiləşdirilməsinə görə dövlət rüsumu artırılır
# 06 iyun 2018 08:57 (UTC +04:00)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün dövlət rüsumları artırılıb.

APA-Economics” xəbər verir ki, bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində öz əksində tapıb.

Layihəyə əsasən, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum 200 manatdan 250 manatadək artırılır. Dövlət rüsumu Bakı şəhəri üzrə 100 faiz, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faiz, digər regionlar üzrə isə 50 faiz məbləğində ödənilir.

Layihəyə əsasən müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, o cümlədən yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb.

Qanun layihəsinin məqsədi daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə müqavilələrin təsdiqi üçün rüsumların regionların iqtisadi aktivliyinə uyğun olaraq diferensiallaşdırılmasıdır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, Bakı şəhəri üzrə rüsum 200 manat, digər şəhər və rayonlar üzrə isə 80 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR