Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində elektrovoz minik avtomobilinə çırpılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də saat 04 radələrində Keşlə qəsəbəsi ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi “Saipa” markalı avtomobil toqquşub. Sürücü avtomobili hadisə yerində atıb gedib.
Hadisə nəticəsində avtomobil yararsız hala düşüb, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşıb, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kv. m. hissəsi dağılıb.