Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək

Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək
# 14 iyul 2016 12:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti əsasında 14-15 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq.

APA-nın Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, M. Çavuşoğlunun Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

M. Çavuşoğlunun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul edilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR