Dövlət departamenti Suriya müxalifətinin ABŞ tərəfindən silahlandırılması xəbərini təkzib edib

Dövlət departamenti Suriya müxalifətinin ABŞ tərəfindən silahlandırılması xəbərini təkzib edib
# 11 dekabr 2012 02:51 (UTC +04:00)

Bakı-APA. Suriya müxalifətinin ABŞ tərəfindən silahlandırılması barədə KİV-də yayılmış məlumatların heç bir əsası yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumatına görə, bu bəyanatla ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland çıxış edib.

“Biz öz mövqeyimizdə heç bir dəyişiklik etməmişik. Biz hazırkı mövqeyimizdən çıxış edirik və bu mövqe yalnız qeyri-hərbi yardım göstərməkdən ibarətdir. Bizim bu çərçivədən çıxmaq niyyətimiz yoxdur”, deyə Viktoriya Nuland vurğulayıb.

Bu günlərdə Britaniyanın “Sunday Times” qəzeti qeyd edib ki, ABŞ Bəşər Əsəd rejiminin qısa müddətdə devrilməsi məqsədi ilə məxfi şəkildə Suriya silahlı müxalifətinə iri həcmdə silah-sursat yardımına başlayır.

Bundan əlavə, Suriya Milli Kürd Şurasının rəhbəri Şirko Abbasın bazar ertəsi səsləndirdiyi bəyanatda bildirilir ki, ABŞ hökuməti və Avropa dövlətləri Suriyada müstəqil kürd ordusunun yaradılması məsələsində hərbi yardım göstərmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR