Bank Of Baku

MAQATE rəhbəri İrana hücum olacağı təqdirdə istefa verəcək

MAQATE rəhbəri İrana hücum olacağı təqdirdə istefa verəcək
# 21 iyun 2008 11:25 (UTC +04:00)
Bakı. İlhamə Isabalayeva - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Məhəmməd əl-Baradey İrana hücum olacağı təqdirdə istefa verəcəyini elan edib.
APA-nın məlumatına görə, agentlik rəhbərinin fikrincə, bu halda region “qaynayan qazan”a çevriləcək. MAQATE başçısı hesab edir ki, hazırkı İranın ciddi və qarşısı alınmaz təhlükəsi yoxdur.
Qeyd edək ki, İran BMT və ABŞ tərəfindən çoxsaylı iqtisadi sanksiyalar tətbiq edilən obyektlərə malikdir. İran heç bir zaman BMT-nin tələblərini tam yerinə yetirməyib. ABŞ hesab edir ki, İran nüvə silahının hazırlanması üzrə gizli proqram həyata keçirir və bir çox ölkələr üçün təhlükə yaradır.
Xatırladaq ki, bu ilin əvvəlində mətbuatda Pentaqonda İrana hücumla bağlı planın hazır olması barədə qeyri-rəsmi məlumatlar yayılıb. ABŞ-la eyni mövqedə olan İsrail də bir gün əvvəl İrana aviazərbə vurmağa hazırlaşmaq məqsədilə hava təlimi keçirib. İsrailin baş naziri Exud Olmert bildirib ki, İranın nüvə proqramı istənilən vasitələrlə dayandırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR