Bank Of Baku

Türkiyə Qara dəniz şelfində neft quyuları qazacaq

Türkiyə Qara dəniz şelfində neft quyuları qazacaq
# 23 iyun 2008 13:55 (UTC +04:00)
Ankara. Kərim Həsənli APA. Türkiyə 2010-cu ildən Qara dəniz şelfində neft quyuları qazmağa başlayacaq. APA-nın xəbərinə görə, Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin rəhbəri Mehmet Uysal bildirib ki, sürətləndirilən neft kəşfiyyat işləri ümidverici nəticələr verməkdədir. O, 2010-cu ildən başlayaraq Qara dəniz şelfində quyuların qazılmasına başlayacaqlarını deyib: “Burada 10 milyard barel həcmində neft ehtiyatlarının aşkarlanacağını gözləyirik. Qazma işləri uğurla nəticələnərsə, 2015-ci ildə idxal olunan neftin həcmi yariya enəcək, cümhuriyyətinn qurulmasının 100-cü ildönümü olan 2023-cü ildə isə Türkiyə bütün neft ehtiyacını Qara dənizin hesabına ödəyə biləcək”. M. Uysal qeyd edib ki, xam neftin bir barelinin bugünkü qiymətinin 135 dollardan çox olduğu nəzərə alınarsa, 10 milyard barrel neft 1 trilyon 350 milyard dollar deməkdir.
Qeyd edək ki, TPAO Qara dəniz şelfindəki neft kəşfiyyat işlərini Braziliyanın dövlət neft şirkəti olan “Petrobras” ilə birlikdə həyata keçirməkdədir. “Petrobras” mütəxəssislərinin fikrincə, təkcə Sinop ətrafı bölgədə 5 milyard barellik neft ehtiyatlarının mövcud olduğu proqnozlaşdırılır. İndiyə qədər aparılan kəşfiyyat işlərinə 500 milyon dollar vəsait xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR