Bank Of Baku

Rumıniyada xeyli türk və tatar yerli hakimiyyət orqanlarına seçilib

Rumıniyada xeyli türk və tatar yerli hakimiyyət orqanlarına seçilib
# 23 iyun 2008 13:55 (UTC +04:00)
Buxarest. Kərim Həsənli APA. Rumıniyada yerli hakimiyyət orqanlarına keçirilən seçkilərin nəticələri açıqlanıb. APA-nın məlumatına görə, Rumıniyanın türk və tatar milli azlıqları tarixlərində ilk dəfə rekord sayda təmsilçilərini kompakt şəkildə yaşadıqları iki vilayət olan Konstansa və Tulça yerli hakimiyyət orqanlarına seçdirməyə müvəffəq olublar. Seçkilərdə tatar milli azlığını Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik İttifaqı (UDMTTR), türk azlığını isə Rumıniya Demokratik Türk İttifaqı (UDTR) təmsil edib. Vilayət üzrə bələdiyyə üzvlüklərinə namizədliyi irəli sürülən 70 türk və tatar namizəddən 43 nəfəri seçkilərdə qələbə qazanıb. Onlardan 26-nın namizədliyi UDMTTR, 17-nin namizədliyi isə UDTR siyahılarından irəli sürülüb. 2004-cü ildə keçirilən yerli seçkilərdə tatar milli azlığı cəmi 4 mandat qazana bilmişdi. Cari seçkilərdə Rumıniya türk və tatar azlıqları sıx şəkildə məskunlaşdıqları Məcidiyyə, Babadağ, Konstansa kimi şəhərlərdə yaxşı nəticələr nümayiş etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR