Bank Of Baku

Avropa Birliyi Balkan ölkələrinin vətəndaşları üçün xüsusi viza rejimi tətbiq edəcək

Avropa Birliyi Balkan ölkələrinin vətəndaşları üçün xüsusi viza rejimi tətbiq edəcək
# 23 iyun 2008 13:55 (UTC +04:00)
Brüssel. Kərim Həsənli APA. Avropa Birliyi quruma üzv olmayan Balkan ölkələrinin vətəndaşlarının birlik ərazisində maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi rejim tətbiq etmək niyyətindədir. APA-nın xəbərinə görə, AB-nin Avropa Siyasət Mərkəzinin Brüsseldə keçirilən son toplantısında Cənubi Balkan ölkələrinin birliyə inteqrasiyası müzakirə olunub və həmin ölkələrin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi təklif edilib. Yeni təklifə əsasən Makedoniya, Kosovo, Bosniya və Herseqovina, Serbiya vətəndaşlarının viza problemlərinin həlli üçün bu ölkələrlə AB arasında “Balkanlılar pasportu” adlı sazişin imzalanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR