Bank Of Baku

Serbiya və Türkiyə arasında diplomatik gərginlik yaranıb

Serbiya və Türkiyə arasında diplomatik gərginlik yaranıb
# 24 iyun 2008 12:11 (UTC +04:00)
Belqrad APA. Serbiya prezidenti Boris Tadiç Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Əhməd Süha Umarın etimadnaməsinin qəbul edilməsini təxirə salıb. APA-nın məulmatəmna görə, bu addım Türkiyənin Kosovonun müstəqilliyini tanıyan ilk ölkələr arasında olmasına etirazın ifadəsi kimi qiymətləndirilir. B. Tadiç Türkiyənin addımından böyük təəssüf hissi keçirdiklərini deyib. O bildirib ki, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsindən öncə Ankaraya etdiyi səfər zamanı Türkiyə prezidenti və baş nazirindən Kosovonun müstəqilliyinin tanınmayacağına dair vəd alsa da, bunun əksi baş verib: “Türkiyə verdiyi sözün arxasında dayanmadı”. Serbiya prezidenti Türkiyəyə gözlənilən növbəti səfəri zamanı bu məsələni yenidən müzakirəyə çıxaracağını da söyləyib.
Qeyd edək ki, Türkiyənin Kosovonu tanımasından sonra Serbiya Ankaraya etiraz notası göndərmiş və bu ölkədəki səfiri Vladimir Curqusu geri çağırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR