Bank Of Baku

Litvada rus dilindəki küçə adları dəyişdiriləcək

Litvada rus dilindəki küçə adları dəyişdiriləcək
# 24 iyun 2008 12:16 (UTC +04:00)
Riqa. Kərim Həsənli APA. Litva rəhbərliyi ölkədə rus dilindəki küçə adlarından imtina etmək qərarına gəlib. APA-nın Litva mətbuatına istinadən verdiyi məlumata görə, küçə adlarının yalnız dövlət dilində yazılması barədə təşəbbüs Dövlət Dil Komissiyası tərəfindən irəli sürülüb. Komissiya bu təşəbbüsünü bütün yazıların dövlət dilində olmasını müəyyən edən “Dövlət dili haqqında” qanunun müddəaları ilə əsaslandırıb. Təşəbbüs sonradan Vilnüs dairə inzibati məhkəməsinin xüsusi qərarı ilə də möhkəmləndirilib.
Qeyd edək ki, ötən həftə Litva parlamenti işğal rejimlərini təmsil etdikləri üçün ölkə ərazisində sovet və faşist simvolikasını yasaqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR