Bank Of Baku

Türkiyənin baş prokuroru: “DTP-nin fəaliyyəti dayandırılmalıdır”

Türkiyənin baş prokuroru: “DTP-nin fəaliyyəti dayandırılmalıdır”
# 24 iyun 2008 13:52 (UTC +04:00)
İstanbul-APA. Demokratik Toplum Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı Konstitusiya Məhkəməsində gedən prosesdə Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya çıxış edib. APA-nın məlumatına görə, baş prokuror yarım saatlıq çıxışında DTP-nin fəaliyyətinin Türkiyə Cümhuriyyətinin təməl prinsiplərinə qarşı olduğunu deyib və partiyanın fəaliyyətinin dayandırılmasını zəruri sayıb: “Bu partiya Konstitusiyanın əsas prinsiplərinə, dövlətin bütünlüyünə qarşı fəaliyyət göstərir. DTP terrorizmə dəstək verməklə terrorun nəzarəti altında olan siyasi partiyaya çevrilib. Bu səbəbdən DTP-nin fəaliyyəti dayandırılmalı, partiya ləğv edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR