Bank Of Baku

Türkiyədə milyonçuların sayı 50 min nəfərə çatıb

Türkiyədə milyonçuların sayı 50 min nəfərə çatıb
# 25 iyun 2008 08:21 (UTC +04:00)
Milyonçuların sayının artması ümumi daxili məhsulun illik artım həcminin 4,5 faiz təşkil etməsi, məhsul ixracı prosesinin sürətlənməsi, enerji məhsulları istisna olmaqla idxalın həcminin azalması, yeni türk lirəsinin iqtisadi baxımdan güclənməsi ilə izah olunur. Türkiyədə varlı şəxslərin ümumi var-dövlətinin həcmi orta hesabla 50 milyard dollardan artıqdır. Qeyd edək ki, 2007-ci ildə dünyada var-dövlətinin həcmi bir milyondan artıq olan insanların sayı bir il əvvələ nisbətən 6 faiz artaraq 10 milyon nəfərə çatıb. Bu şəxslərin əlində ümumilikdə 40,7 trilyon dollar varidat cəmləşib. Dünyada var-dövlətinin həcmi 30 milyon dollardan çox olan insanların sayı isə 103,320 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR