Bank Of Baku

Avropa Komissiyasının rəhbəri Türkiyə ilə bağlı açıqlamalarına görə Fransa prezidentini tənqid edib

Avropa Komissiyasının rəhbəri Türkiyə ilə bağlı açıqlamalarına görə Fransa prezidentini tənqid edib
# 25 iyun 2008 11:34 (UTC +04:00)
Brüssel. Kərim Həsənli APA. Avropa Komissiyasının rəhbəri Xose Manuel Barroso Fransa prezidenti Nikola Sarkozini tənqid edib. APA-nın xəbərinə görə, X. M. Barroso Türkiyəyə verilən vədlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb: “Türkiyənin heç vaxt Avropa Birliyinə üzv olmayacağını bəyan etmək prezident Sarkozinin ən təbii haqqıdır. Amma Avropa Birliyi üzvlük prosesi ərzində etibarlılığını mühafizə etmək məcburiyyətindədir. ABŞ, Çin və ya Rusiya ilə hər hansı saziş imzalanarkən bizdən bu sazişin hökumət dəyişikliyi olacağı təqdirdə hüquqi qüvvəsini itirib-itirməyəcəyi soruşularsa, nə edərik? Mən hər kəsə verilən vədə əməl etməsini və müzakirə prosesinə sadiq qalmasını tövsiyə edirəm”. X. M. Barrosonun fikrincə, N. Sarkozinin Türkiyə ilə müzakirə prosesinin dayandırılmasının vacibliyi haqda verdiyi bəyanatlar təşkilatın etibarını zədələməkdədir. O, AB-nin Türkiyəyə üzvlük barədə konkret vəd vermədiyini və müzakirələrin son nəticə gözləmədən aparıldığını da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR