Bank Of Baku

PKK-nın telekanalının Almaniya ərazisində yayımına qadağa qoyulub

PKK-nın telekanalının Almaniya ərazisində yayımına qadağa qoyulub
# 25 iyun 2008 12:39 (UTC +04:00)
Berlin APA. PKK terror təşkilatının Danimarkada lisenziya almış və bu ölkədən peyk vasitəsilə bütün dünyaya yayımlanan telekanalı “Roj TV”nin Almaniya ərazisində yayımına qadağa qoyulub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi ölkədə “Roj TV” adından fəaliyyət göstərən “VİKO Production” şirkətinin fəaliyyətini də yasaqlayıb və mülkiyyətinə həbs qoyub. Nazirlik qərarı belə əsaslandırıb: “”Roj TV” peyk vasitəsilə Almaniyada da yayımlanır. Bu telekanal PKK-nın ruporu rolunda çıxış edir və qeyri-qanuni təşkilatın təbliğatını aparır. “Roj TV”nin məqsədi PKK-nın hədəflərinə uyğun olaraq zorakılığı təbliğ etmək və Türkiyə ilə silahlı toqquşmalar üçün canlı qüvvə cəlb etməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR