Bank Of Baku

Ukraynalı politoloq: ““Xəzər partiyası”nda qalib gələn qazancsız qalmayacaq”

Ukraynalı politoloq: ““Xəzər partiyası”nda qalib gələn qazancsız qalmayacaq”
# 27 iyun 2008 11:38 (UTC +04:00)
Kiyev. Kərim Həsənli APA. Kiyevdə “Mərkəzi Asiyada Ukraynanın perspektivləri” adlı dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Ukraynanın beynəlxalq əlaqələr və enerji təhlükəsizliyi üzrə aparıcı mütəxəssisləri, jurnalistlər və politoloqlarla yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Polşa və Rusiya səfirliklərinin nümayəndələri də iştirak ediblər. Ukrayna Vətəndaş Cəmiyyətinin Problemlərinin Araşdırılması Mərkəzinin direktoru Vitali Kulik çıxışında bildirib ki, hazırda region dövlətləri Qərb və Rusiya ilə iqtisadi-siyasi münasibətlərin yeni formatını tərtib ediblər: “Bu oyunda “stavka”la olduqca böyükdür: söhbət nəinki Mərkəzi Asiya və Rusiya, həm də Avropanın enerji təhlükəsizliyini təmin edə biləcək nəhəng enerji daşıyıcılarına nəzarətdən gedir. “Xəzər partiyası”nda qalib gələn qazancsız qalmayacaq”. V. Kulik Türkmənistan, Qazaxıstan və Özbəkistanı Ukraynanın enerji təhlükəsizliyində prioritet tərəfdaşlar adlandırıb: “Əgər Mərkəzi Asiyadan neft və qazın idxalından asılı olan Ukraynanın bu qədər strateji əhəmiyyətə malik regionda müttəfiqləri olmasa, o, “Xəzər piroqu”nda paydan məhrum olacaq. Hələlik Ukrayna Moskva, Brüssel və Vaşinqtondan yan keçərək bu ölkələrlə işləmək üçün müəyyən imkanlara malikdir. Amma zaman keçdikcə bu “imkanlar pəncərəsi” qapana bilər, onda bizə heç bir enerji xartiyası kömək edə bilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR