Bank Of Baku

Rumıniya Senatı mediada mənfi və müsbət xarakterli xəbərlərin balanslaşdırılması ilə bağlı qanun qəbul edib

Rumıniya Senatı mediada mənfi və müsbət xarakterli xəbərlərin balanslaşdırılması ilə bağlı qanun qəbul edib
# 27 iyun 2008 11:56 (UTC +04:00)
Buxarest. Kərim Həsənli APA. Rumıniya Senatı mətbuatda mənfi xarakterli xəbərlərin çox yayılmasını qadağan edən qanun qəbul edib. APA-nın xəbərinə görə, yeni qanuna əsasən ölkə mediası müsbət və mənfi xarakterli informasiyaların sayını bərabərləşdirməlidir. Belə bir sənədin qəbuluna səbəb televiziya və radiolarda mənfi səciyyəli xəbərlərin çoxluğunun insanları depressiyaya salmasıdır. Qanunun yerinə yetirilməsinə nəzarət Milli Televiziya və Radio Şurası tərəfindən həyata keçiriləcək. Lakin şuranın rəhbərliyi qanunu o qədər də ruh yüksəkliyi ilə qarşılamayıb. Təşkilatın direktoru Rızvan Popesku məlumatın müsbət və ya mənfiliyini hansı meyaralara əsasən müəyyənləşdirməyi anlamadığını bildirib: “Xəbər xəbərdir, gerçəkliyi özündə əks etdirir, kəmiyyət meyarları isə işə yaramır”. Rumıniya jurnalistləri prezident Trayan Baseskuya müraciət edərək sənədi imzalamamağa çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR