Bank Of Baku

Dmitri Medvedev: “Rusiyanın və Avropa Birliyinin münaqişələrin qeyri-zorakı yolla həlli üsullarına yanaşması eynidir”

Dmitri Medvedev: “Rusiyanın və Avropa Birliyinin münaqişələrin qeyri-zorakı yolla həlli üsullarına yanaşması eynidir”
# 27 iyun 2008 13:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Xantı-Mansiyskdə keçirilən Rusiya-Avropa Birliyi sammitində “dondurulmuş münaqişələr”in həlli də müzakirə olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev toplantıdan sonra keçirilən mətbuat konfransında ölkəsinin və Avropa Birliyinin təhlükəsizlik məsələsinə və münaqişələrin qeyri-zorakı yolla həlli üsullarına yanaşmasının eyni olduğunu bildirib. Onun fikrincə, Avropada ABŞ-ın antiraket sistemlərinin yaradılması ideyası zərərlidir və regionda təhlükəsizliyi təmin etmir.
Qeyd edək ki, əldə olunan razılığa əsasən Rusiya ilə Avropa Birliyi arasında yeni baza müqaviləsi imzalanacaq. Sənədlə bağlı danışıqların ilk mərhələsi iyulun 4-də Brüsseldə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR