Almaniyada pivənin qiyməti bahalaşır
08 iyul 2008 11:07 (UTC +04:00)
Berlin-APA. 2008-ci ilin payızından etibarən Almaniyada pivənin qiyməti bahalaşacaq. APA-nın məlumatına görə, bu ölkədə onlarla pivə markasının, o cümlədən Becks, Diebels, Hasseroder markalarının sahib olan Belçikanın “İnBev” firması payızda məhsullarının qiymətini 10 faiz qaldırmaq fikrindədir. Qiymət artımından sonra Almaniyada bir yeşik pivənin topdansatış qiyməti təqribən 1 avro bahalaşacaq. Almaniya Pivə İstehsalçıları Birliyi qiymət artımını dəstəkləyib və bunu pivə istehsalında istifadə olunan xammalın bahalaşması ilə əsaslandırıb. Qeyd edək ki, Almaniyanın digər pivə istehsalçıları artıq qiymətləri qaldırıblar.
Avropa
Rusiya Ukraynada Su-25 təyyarəsini itirib
12:10
5 may 2024
Makron bir şəxsin iki dəfədən artıq prezident ola bilməsinə məhdudiyyəti doğru saymır
11:53
5 may 2024
KİV: Makron Pekini Rusiyaya təzyiqlərin vacibliyinə inandırmağa çalışacaq
11:10
5 may 2024
Aİ Rusiyanın maye qazına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
07:25
5 may 2024