Türkiyədə tanınmış şəxsiyyətləri həbs edən prokurorun mühafizəsi gücləndirilib
08 iyul 2008 15:01 (UTC +04:00)
Ankara APA. Türkiyədə “terror təşkilatı qurmaq” ittihamı ilə ordu generalları da daxil olmaqla, bəzi tanınmış şəxsiyyətləri həbs edən prokuror Zəkəriyyə Özün mühafizəsi gücləndirilib. APA-nın “Anadolu” agentliyinə istinadən yaydığı xəbərə görə, son günlər Z. Özün ünvanına gələn hədə-qorxuların sayı artıb. Bununla bağlı Ədliyyə Nazirliyinə məlumat verilib. Nazirliyin sərəncamı ilə Z. Öz üçün 2 zirehli avtomobil ayrılıb. Onun şəxsi mühafizəçilərinin də sayı artırılaraq 4-ə çatdırılıb. Prokurorun evinin və ailəsinin mühafizəsi üçünsə 15 nəfərlik xüsusi qrup yaradılıb.
Avropa
Şolts: “Fövqəladə vəziyyətdə 35 min əsgər müttəfiqlərə kömək etməyə hazırdır”
22:56
6 may 2024
İtaliya XİN: Roma Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya silah göndərmir
21:39
6 may 2024
Makron: “Fransa Rusiya ilə müharibə aparmır”
21:06
6 may 2024
Avropa İttifaqı Rusiyanın “RIA Novosti”, “İzvestiya” və digər media qurumlarına qarşı sanksiya tətbiq edəcək
20:29
6 may 2024