Çexiya ərazisində ABŞ radar qurğusunun yerləşdirilməsi ilə bağlı müqavilə imzalanıb
08 iyul 2008 15:43 (UTC +04:00)
Praqa APA. ABŞ dövlət katibi Kondoliza Rays və Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq Çexiya ərazisində ABŞ radar qurğusunun tikintisi ilə bağlı müqavilə imzalayıblar. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, müqaviləni şərh edən Çexiyanın baş naziri Marek Topolanek keçmişdə ABŞ-ın təklif etdiyi Marşall planını qəbul etməyərək səhvə yol verdiklərini bildirib: “Bu cür səhvləri təkrarlamağa haqqımız yoxdur”.
Qeyd edək ki, ABŞ raket hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq radar Praqanın 90 kilometrliyində yerləşən Brda qəsəbəsi ərazisində quraşdırılacaq. Sistemin digər elementi - 10 antiraket qurğusu isə Polşa ərazisində yerləşdiriləcək.

Avropa
Ermənistan və Macarıstan səfirliklərin açılması barədə razılığa gəlib
18:37
6 may 2024
Fransa Ukraynaya qoşun göndərməsi ilə bağlı məlumatları təkzib edib
17:50
6 may 2024
Borrell: İsrailin Rəfahdakı mülki şəxslərə təxliyə əmri qəbuledilməzdir
15:51
6 may 2024
Ursula von der Leyen: Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik
15:35
6 may 2024