Ukraynada xəstəxanada partlayış olub
11 iyul 2008 16:13 (UTC +04:00)
Kiyev-APA. Ukraynanın İvano-Frankovsk vilayətinin xəstəxanalarından birində baş verən partlayış iki nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, hadsə zamanı daha 8 nəfər yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır. İlkin ehtimala görə, partlayış zirzəmisindən keçən qaz kəmərində sızma nəticəsində baş verib. Partlayış dalğası xəstəxananın birinci mərtəbəsinin döşəməsini uçurub, palatadakı xəstələr hamısı zirzəmiyə düşüblər. Hazırda ərazidə xilasetmə işləri davam edir.
Avropa
Aİ Ukraynadakı müharibənin tez başa çatmasının yollarını açıqlayıb
03:25
4 may 2024
Berlində texnologiya şirkəti yanıb, zəhərli qazların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edilib
18:57
3 may 2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:39
3 may 2024
Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşüb
13:27
3 may 2024