Vahid Ərdəm: “”Ergenekon” məsələsi ilə bağlı hələ özüm üçün bir fikir hasil etməmişəm”
- Türkiyədə cərəyan edən hadisələri necə qiymətləndirirsiniz? 22 iyul 2007-ci ildə keçirilən seçkidən sonra niyə Belə vəziyyət yarandı?
- Dörd il yarımlıq iqtidar dönəmindən sonra AKP 2007-ci ilin 22 iyulunda daha güclü şəkildə hakimiyyətə gəldi. Ancaq prezident seçkisindən sonra ölkədə vəziyyət yenidən gərginləşdi. Belə demək mümkünsə, Türkiyə öz içinə qapandı, xarici siyasət və qlobal iqtisadiyyat məsələlərinə üstünlük vermək yerinə, daxili siyasətdəki çəkişmələr ön plana çıxdı. Bu, təbii ki, üzüntü verici bir durumdur və tezliklə bu durumdan çıxmalıyıq. Çünki dünya çox sürətlə dəyişir və qiymətlərdə olan dalğalanmalar iqtisadiyyata mənfi təsir göstərir. Dünya iqtisadiyyatında bu proseslər cərəyan etdiyi halda, daxili siyasətdə çəkişmə yaratmaq səhvdir. Müxalifətimiz, iqtidarımız və dövlətin əlaqədar qurumları normal yola dönməlidir. Bu, mənim deyə biləcəyim ümumi şeylərdir. AKP-nin bağlanması məsələsinə gəldikdə, Konstitusiya Məhkəməsi sürətlə çalışır. İnanıram ki, məhkəmə bir neçə gün içində Türkiyəni çətin vəziyyətdə qoymayacaq qərar qəbul edəcək. Arzumuz budur ki, qərar Türkiyədəki sabitliyi pozmasın. Digər tərəfdən, oktyabrda “Ergenekon” adı verilən başqa bir məhkəmə prosesi başlayacaq. Bunun nə dərəcədə ciddi və üzərində durulması məsələ olduğunu zaman göstərəcək. Bu işin içində önəmli adamlar var. Mən bu işlə bağlı hələ ki özüm üçün bir fikir hasil etməmişəm. Bu məsələlər tezliklə nəticələnməli, hökumət öz enerjisini Türkiyənin dünya iqtisadiyyatına inteqrasiyasına və iqtisadi inkişafa sərf etməlidir. Xarici siyasətə xüsusi diqqət yetirməliyik. Davam edən məhkəmə prosesləri ilə bağlı daha artıq şey söyləmək doğru olmaz. Terrora qarşı mübarizə də Türkiyənin ən önəmli problemlərindən biridir. Türk Silahlı Qüvvələri terrorçuları müvəffəqiyyətlə neytrallaşdırır. Ancaq digər tərəfdən, terrorçular mülki əhalini hədəfə götürürlər. Bazar günü növbəti dəfə bunun şahidi olduq, 17 vətəndaşımız öldü, 100-dən çox yaralımız var. Terrorçular bilmədir ki, onlar bu yolla heç nəyə nail ola bilməyəcəklər. Türkiyə bu işlərin öhdəsindən xalqın birliyi və bərabərliyi ilə gələcək. Ölkəmizin birlik və bərabərliyini pozmaq və içəridə qarşıdurma yaratmaq istəyənlərə qarşı ayıq olmalıyıq.
- İki çağırışdır parlamentdəsiniz. Daha əvvəl türk ordusu ilə yaxın əməkdaşlıq şəraitində çalışmısınız, indi isə Məclisdə NATO qrupuna rəhbərlik edirsiniz. Türkiyə mediasının bir hissəsi terrora qarşı müvəffəqiyyətlə mübarizə aparan orduya sanki düşmən gözü ilə baxır. Bu barədə nə demək istərdiniz?
- Bütün dünyada olduğu kimi, Türkiyədə də medianın məsuliyyəti məsələsi çox mühümdür. Media ictimai fikrə təsir göstərən və əldə etdiyi bilgiləri ictimaiyyətlə bölüşən önəmli bir institutdur. Təbii ki, belə bir gücdən səhv istiqamətdə istifadə edilməsi ölkəyə ziyan vurur. Təəssüf ki, Türkiyədə medianın həmişə özünü məsuliyyətli apardığını söyləmək mümkün deyil. Mən əcnəbi medianı da tanıyıram. Məsələn, İngiltərə, Fransa və Almaniyada geniş media azadlığı var. Ancaq yeri gələndə onlar ölkələrinin mənafeyini ön plana çıxarırlar. Öz ölkələrinin mənafeyinə ziyan vuran materialları Qərb mediasında görə bilməzsiniz. Ancaq Türkiyə media orqanlarının çoxunda belə bir sərhəd yoxdur. Bunu normal qəbul etmək mümkün deyil. Heç kim media sərbəstliyindən öz ölkəsinin mənafeyi əleyhinə istifadə etməməlidir. Bizim mediamızda bu problem var. Nə şərtlə olursa-olsun, silahlı qüvvələrimizin medianın haqsız təzyiqi və böhtanı altında qalmasına icazə verə bilmərik. Çünki təhlükəsizliyi təmin edən qurumlar dövlətin davamlılığı baxımından həyati əhəmiyyətə malikdir. Min illik türk dövlətçilik tarixində millətimizin qəlbində ordumuzun həmişə müstəsna yeri olub. Biz çətin coğrafiyada yaşayırıq. Təhlükəsizlik qüvvələrimizin etimad krediti həmişə yüksək olmalıdır. Onlara qarşı yönəlmiş hər cür təhrikə və təxribata millət olaraq hamımız qarşı çıxmalıyıq.
Avropa
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
Xəbər Lenti
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb