Türkiyədə HAKP adlı yeni partiya yaradılıb

Türkiyədə HAKP adlı yeni partiya yaradılıb
# 29 iyul 2008 14:19 (UTC +04:00)
Ankara – APA. Türkiyədə yeni siyasi partiya yaradılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yazılışı “HAK Parti” olan Haqq və Həqiqət Partiyasının təsis olunması ilə bağlı sənədlər bu gün Daxili İşlər Nazirliyinə təqdim edilib. Partiyanın lideri Dursun Günəş adlı şəxsdir. HAKP-ni hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərliyinin ehtiyat variant kimi yaratdığı güman olunur. Konstitusiya Məhkəməsi AKP-ni ləğv edərsə, bu partiyanın rəhbərliyi və üzvlərinin HAKP-yə keçəcəyi ehtimal edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR