Türkiyə hərbi təyyarələri Qəndil dağındakı PKK terrorçularına növbəti zərbə endirib

Türkiyə hərbi təyyarələri Qəndil dağındakı PKK terrorçularına növbəti zərbə endirib
# 29 iyul 2008 15:06 (UTC +04:00)
Ankara – APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr bu gün PKK terror təşkilatının İraqın şimalındakı Qəndil dağında yerləşən mövqelərini növbəti dəfə bombalayıblar. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Qəndil dağında PKK-ya məxsus böyük bir mağaraya və mağara yaxınlığındakı 30-40 nəfər terrorçuya zərbə endirildiyini açıqlayıb. Əməliyyat nəticəsində mağara tamamilə dağıdılıb. Mağaranın içində və ətrafındakı terrorçuların böyük bir qismi də məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR